76 nömrəli məktəbdə pul yığılması haqda yayılan iddialara RƏSMİ CAVAB
Gündəm
Sosial şəbəkələrdə Bakının Hövsan qəsəbəsində yerləşən 76 nömrəli tam orta məktəbdə şagirdlərdən fond vəsaiti toplanması ilə bağlı iddialar səsləndirilib. İddialara görə, məktəbdə valideyn komitəsi şagirdlərdən müəyyən məbləğdə pul yığılır.
News24.az məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, sögedən mövzuda araşdırma aparılıb:
"Məktəbdə vəsait toplanması iddiası ilə əlaqədar sosial şəbəkədə yayılan səs yazısında adı çəkilən müəllimlə bağlanmış əmək müqaviləsinə çalışmanın yaş həddi ilə əlaqədar ötən tədris ilində xitam verilib.
Səsi yayılmış valideyn məktəbə dəvət olunub, verdiyi yazılı məlumatla səs yazısının 3 il əvvələ aid olduğunu bildirib.
Qeyd edək ki, bu kimi təşəbbüslərin yolverilməzliyi mütəmadi olaraq valideynlərin və müəllimlərin diqqətinə çatdırılır".