9–11 mayda qatarlar xüsusi qrafiklə işləyəcək
Gündəm
9, 10 və 11 may qeyri-iş günlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar həftənin şənbə və bazar günlərinin qrafiki əsasında hərəkət edəcək.
Bu barədə News24.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, sərnişinlər hərəkət qrafiklərini səhmdar cəmiyyətin saytında və ya "ADY Mobile" tətbiqində görə bilərlər.