ABŞ-dən Xameneiyə sərt ultimatum: Hələ fürsətiniz var!
Gündəm
Ötən gün ABŞ Nümayəndələr Palatasının Texas ştatından olan üzvü Pat Fallon İranın ali rəhbəri Əli Xameneiyə xəbərdarlıq edib.
News24.az xəbər verir ki, konqresmen İran hökuməti əleyhinə etirazların geniş yayıldığı bir vaxtda “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada Xameneiyə və onun yaxınlarına hələ fürsət olduğu müddətdə İranı tərk etmələrini tövsiyə edib.
Pat Fallon mesajında bildirib:
"Xamenei və onun yaxınları hələ də imkanları olduğu müddətdə İranı tərk etmək üçün əllərindən gələni edərdilər. İran xalqının Ayətullahın teokratik repressiyalarından azad bir hökumətə tam haqqı var".