ABŞ dövlət katibi xalqımızı təbrik etdi
Gündəm
ABŞ dövlət katibi Marko Rubio Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
News24.az xəbər verir ki, təbrik ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc olunub.
“Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Son bir ildə münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdik. Bunun zirvə nöqtəsi Bakıda vitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması oldu.
Biz regional infrastrukturun genişləndirilməsi, iqtisadi əlaqələrin və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı yolu ilə tərəfdaşlığımızın daha da möhkəmlənəcəyinə ümid edirik.
ABŞ Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə sadiqliyini alqışlayır və bu istiqamətdə əməkdaşlığımızın davam edəcəyinə inanır.
Qarşıdakı ildə və gələcəkdə tərəfdaşlığımızın daha da dərinləşəcəyinə ümid edirik”, – təbrikdə deyilir.