ABŞ səfirliyi: Azərbaycanla əlaqələri yüksək qiymətləndiririk
Gündəm
Azərbaycan dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrə malikdir.
News24.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin Qurban bayramı münasibətilə təbrik mesajında deyilir.
“ABŞ-nin Bakıdakı Səfirliyi adından Azərbaycanda və dünyanın müxtəlif yerlərində Qurban bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirik. Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir.
ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk. Qurban Bayramınız mübarək!”, - səfirliyin təbrikində qeyd olunub.