Ağdam, Füzuli, Cəbrayılda yanğınlar davam edir – YENİLƏNDİ

Ağdam, Füzuli, Cəbrayılda yanğınlar davam edir – YENİLƏNDİ Gündəm

Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində baş verən yanğın hələ də davam edir.

News24.az xəbər verir ki, yanğın əsasən rayonun bir sıra kəndləri istiqamətində yerləşən, mina və partlamamış döyüş sursatları ilə çirklənmiş açıq əraziləri əhatə edib.

Gündüz saatlarında başlayan yanğın ətraf yaşayış məntəqələrindən də aydın müşahidə olunur.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və xüsusi texnikası cəlb olunub. Hazırda alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. (APA)

***16:47

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

News24.az xəbər verir ki, məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.