Şagirdlərin davamiyyətində azalma var - RƏSMİ
Gündəm
"İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilir".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən ( MÜTDA) məlumat verilib.
Bildirilib ki, agentliyə və agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır:
"Bununla yanaşı, hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır. Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris pros…