"Aİ-nin ali nümayəndəsinin səfər etməsi əlamətdar hadisədir"
Gündəm
Doqquz ildən sonra Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfər etməsi əlamətdar hadisədir.
News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, bu əməkdaşlıq perspektivi baxımından önəmli fürsətdir:
“Kaya Kallasla qısa müddətdə ikinci təmasımızdır. İlk dəfə ötən ilin dekabr ayında Maltada ATƏT XİN başçılarının görüşündə görüşmüşdük”.