"Albaniyanın e.ə. IV əsrdə yaranmasına dair mənbə yoxdur" - Həsən Həsənov
Gündəm
“Albaniyanın eramızdan əvvəl IV əsrdə dövlət olaraq yaranmasına dair heç bir mənbə yoxdur”.
News24.az xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda deyib.
O bildirib ki, mənbə ilə tədqiqat anlayışları fərqlidir. Həsən Həsənovun sözlərinə görə, eramızdan əvvəl I əsrdə yaşamış Roma tarixçisi Dion Kassi Albaniyanın mövcudluğu barədə məlumat verib.
Alim qeyd edib ki, Kassi Roma sərkərdəsi Pompeyin eramızdan əvvəl 66-cı ildə Albaniyaya gəldiyini və albanların onun qarşısına çarın başçılığı ilə qoşun çıxardığını yazıb.