Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2

Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Gündəm

Xalq artisti Aleksandr Şarovski II Fəxri xiyabanda dəfn edilib.

News24.az xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Aleksandr Şarovski ilə vida mərasimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilib.

Xatırladaq ki, Xalq artisti bu gün səhər saatlarında Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

15:13

***

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib.

News24.az xəbər verir ki, vida mərasimində dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli çıxışında Aleksandr Şarovskinin vəfatını Azərbaycan mədəniyyəti üçün böyük itki kimi qiymətləndirib.

Nazir qeyd edib ki, Aleksandr Şarovski ömrünün 60 ilini teatra həsr edib:

“Aleksandr Şarovskinin fəaliyyəti teatr sənəti üçün çox mühüm əhəmiyyət daşıyır. O, xüsusilə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının inkişafına mühüm töhfələr verib. Aleksandr Şarovski, həmçinin multikulturalizm sahəsində də əhəmiyyətli xidmətlər göstərib”.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov Aleksandr Şarovskinin vəfatının sənət ictimaiyyəti üçün ağır itki olduğunu bildirib.

“Şarovski kimi sənətkarların yetişməsi üçün uzun illər lazımdır. Aleksandr Şarovski başqa ixtisas üzrə təhsil alsa da, teatra olan marağı onu bu sahəyə gətirib. O, Rus Dram Teatrında çoxsaylı tamaşalarda aktyor kimi çıxış edib, bir çox tamaşaya rejissorluq edib. Onun yoxluğu ilə barışmaq çox çətindir”, - deyə Hacı İsmayılov vurğulayıb.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Oleq Əmirbəyov isə bildirib ki, Aleksandr Şarovski ömrünün son günlərinə qədər yeni tamaşalar haqqında düşünür, yeni səhnə əsərləri hazırlamaq niyyətində idi.

“İki ay əvvəl son görüşümüz oldu. Həmin görüşdə yeni tamaşalar haqqında danışdıq. Təəssüf ki, onları həyata keçirmək artıq mümkün olmayacaq”, - deyə teatrın direktoru qeyd edib.

14:26

***

Azərbaycanın Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, Akademik Rus Dram Teatrında baş tutan mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.

Vida mərasimindən sonra Xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.




Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2 Aleksandr Şarovski dəfn edildi - FOTOLAR - VİDEO - YENİLƏNDİ 2