Alkoqol qəbulundan sonra qəvhə içənlərə xəbərdarlıq

Alkoqol qəbulundan sonra qəvhə içənlərə xəbərdarlıq Gündəm

Alkoqollu içkidən sonra normal vəziyyətə qayıtmağın xüsusi üsulu yoxdur.

News24.az xəbər verir ki, bunu rusiyalı psixiatr-narkoloq Sergey Litkov deyib.

Həkimin sözlərinə görə, alkoqolun təsiri yalnız orqanizmdə təbii şəkildə parçalandıqdan sonra azalır və bu prosesi sürətləndirmək mümkün deyil. Qəhvə içmək və ya gəzmək insanı qısa müddətdə ayıltmır.

Mütəxəssis alkoqol qəbulunu dərhal dayandırmağı, müxtəlif içkiləri qarışdırmamağı və qusmağa çalışmamağı tövsiyə edib.

Sakit şəraitdə dincəlmək, təmiz havada olmaq və az-az su içmək daha faydalıdır.

Qatı qəhvə ürək-damar sisteminə əlavə yük yaradır. Soyuq duş da təhlükəli ola bilər, çünki orqanizm üçün əlavə stress yaradır.

Sərxoş halda aktiv hərəkət etmək və ya avtomobil idarə etmək qətiyyən olmaz.

Əgər huşun itməsi, təkrar qusma, qıcolma, tənəffüs çətinliyi yaranarsa və ya insanı normal vəziyyətə gətirmək mümkün olmazsa, dərhal təcili tibbi yardım çağırmaq lazımdır.