Anar Nəcəfli: "Heç yana getməmişəm, iş başındayam" - VİDEO

Anar Nəcəfli: "Heç yana getməmişəm, iş başındayam" - VİDEO Gündəm

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

News24.az xəbər verir ki, bu barədə o, özü açıqlama yayıb: "İşdən ayrılmağım haqda xəbərinə görə narahat olan hər kəsə təşəkkür edirəm. Qeyd edim ki, heç yerə getməmişəm, hazırda iş başındayam. Qaldığımız yerdən yolumuza davam edirik. Hər kəsin yolu açıq olsun".