Anardan həmin fotosu ilə bağlı - Açıqlama

Anardan həmin fotosu ilə bağlı - Açıqlama Gündəm

Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid Anarın yayılan fotosuna münasibət bildirib/

News24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Özü ilə indicə danışdım, dedi ki, bir müddət əvvəl ayağı ağrıyanda klinikaya gedərkən çəkilib. Anar səfərlərdə olarkən İstanbulun uzun aeroportunda bu xidmətdən ara-sıra istifadə edib. Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb.

Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib onunla şəkil çəkdirə bilərlər!

Allah Anar müəllimə cansağlığı, sağlam ömür versin, yazıb-yaratmaq şövqü heç zaman tükənməsin!”

Anardan həmin fotosu ilə bağlı - Açıqlama