"Ağır qəza törədənlər təcrübəli sürücülərdir" - Video
Gündəm
“Ağır qəza törədən sürücülərin, demək olar ki, 100 faizi təcrübəli sürücülərdir”.
News24.az xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev “Qanun keşiyində” verilişində səsləndirib. Onun sözlərinə görə, qadın sürücülərin törətdiyi yol-nəqliyyat hadisələrində ölüm riski demək olar ki, minimaldır:
“Qadınlar daha çox yüngül, əsasən parklanma və oxşar hallarda qəzalar törədirlər. Ağır qəzaların baş verməməsinə əsas səbəb onların yüksək sürətlə hərəkət etməməsidir. Bu isə hər bir sürücü üçün mühüm dərs olmalıdır".
Elşad Hacıyev bildirib ki, qeyd edib ki, gedəcəyimiz ünvana 5-10 dəqiqə yubanma həyatımızı riskə atmaqdan qat-qat yaxşıdır:
"Məsələn, eyni istiqamətə gedən iki avtomobili götürək. Biri saatda 90 km, digəri isə 150 km sürətlə hərəkət edir. Onların mənzilbaşına çatma vaxtı arasında fərq maksimum 5–10 dəqiqə olur. Bu qədər cüzi vaxt fərqinə görə həyatımızı təhlükəyə atmağa dəyməz".