Asif Nəsirli dəfn olundu - VİDEO

Asif Nəsirli dəfn olundu - VİDEO Gündəm

Aprelin 30-u Milli Onkologiya Mərkəzində törədilmiş partlayışda ağır xəsarət alan və mayın 5-i vəfat edən həkim-radioloq Asif Nəsirli bu gün Göyçayda dəfn olunub.

News24.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, həkimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat etmiş, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.

@news24.azz

Milli Onkologiya Mərkəzində törədilən partlayışda aldığı ağır xəsarət nəticəsində vəfat edən həkim-radioloq Asif Nəsirli dəfn olunub. News24.az xəbər verir ki, mərhum doğulduğu Göyçay rayonu, Qaraxıdırlı kəndində torpağa tapşırılıb. Video:gununsesi

♬ News24.az - orijinal ses - News24.az