Attestatla bağlı ödəniş tələb edilə bilməz - RƏSMİ

Attestatla bağlı ödəniş tələb edilə bilməz - RƏSMİ Gündəm

2024-2025-ci tədris ilində ümumi orta təhsil (157 802 nəfər) və tam orta təhsil səviyyələri üzrə (116 222 nəfər) məzun olacaq şagirdlər təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını müvafiq olaraq 23-28 iyun və 14-20 iyun tarixlərində təhvil ala bilərlər.

News24.az xəbər verir ki, bu barədə informasiyanı Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi yayıb.

Agentlikdən bildirilib ki, təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.