Azad edilmiş ərazilərdə daha 185 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 185 mina aşkarlandı Gündəm

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (02.11.2026 - 15.11.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) News24.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə daha 152 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 1343 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1459,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.