AZAL Bakı-Naxçıvan aviareyslərini bərpa etdi

AZAL Bakı-Naxçıvan aviareyslərini bərpa etdi Gündəm

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib.

News24.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.

Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.