Azər Əhmədovdan işdən çıxarılması ilə bağlı açıqlama
Gündəm
Ötən gün Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunan Azər Əhmədov bu barədə paylaşım edib.
News24.az xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında birgə çalışdığı komandaya təşəkkürünü bildirib.
“Dünən Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən ayrıldım. Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik. Daha nə olsun...
Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim. Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilə də görünməyən qəhrəmanlar olan komandaya təşəkkür edirəm”, - A.Əhmədov yazıb.
Qeyd edək ki, TƏBİB-ə yeni icraçı direktor təyin olunduqdan sonra bir sıra tibb müəssisələrində rəhbər dəyişiklikləri aparılıb. Ötən gün vəzifəsindən azad edilən A. Əhmədovun yerinə isə tanınmış pediatr Erkin Rəhimli təyin olunub.