Azərbaycan aldadıcı hava hücumu həmləsi həyata keçirib – CNN Vətən müharibəsindən yazdı

Azərbaycan aldadıcı hava hücumu həmləsi həyata keçirib – CNN Vətən müharibəsindən yazdı Gündəm

2020-ci il Qarabağ müharibəsindən sonra PUA-ların savaşlarda istifadəsi aktuallaşdı. 44 günlük müharibə PUA-lardan istifadədə dönüş nöqtəsi oldu.

News24.az "Teleqraf"a istinadla xəbər verir ki, bu barədə CNN-də dərc olunan məqalədə qeyd olunur.

Müəllif bildirir ki, müharibədə Azərbaycan qoşunları kənd təsərrüfatı təyinatlı, köhnə təyyarələrdən aldadıcı hava hücumu həmləsi həyata keçirib.

"Ermənistan ordusu köhnə təyyarələri PUA sanıb vurmaq istəyəndə Azərbaycan tərəfi hücumun mənbəyinə artilleriya zərbələri endirməklə zenit sistemlərini məhv etdi. Bu, Bakıya hava məkanına nəzarət etmək imkanı verdi”, - nəşr yazır.