"Azərbaycan dilimi Prezident İlham Əliyevin çıxışları ilə təkmilləşdirirəm" - ADU-nun pakistanlı doktorantı
Gündəm
Azərbaycan Dillər Universitetinin pakistanlı doktorantı, Pakistan Mədəniyyət Mərkəzinin müdiri Mahmud Athar Azərbaycan dilini Prezident İlham Əliyevin çıxışlarını öyrənməklə təkmilləşdirdiyini bildirib.
News24.az xəbər verir ki, o bu barədə ADU-da çıxışı zamanı vurğulayıb. Mahmud Athar Azərbaycan dilinə və siyasi nitq mədəniyyətinə xüsusi maraq göstərir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışları dilin leksik zənginliyini, düzgün tələffüzü və nitq məntiqini öyrənmək baxımından mühüm mənbədir.
Mahmud Athar vurğulayıb ki, Azərbaycan dilini daha dərindən mənimsəmək həm akademik fəaliyyəti, həm də iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan Mədəniyyət Mərkəzi Azərbaycan–Pakistan münasibətlərinin humanitar və mədəni sahədə inkişafına töhfə verir.