Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı - QƏRAR

Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı - QƏRAR Gündəm

Azərbaycan səfirliyinə hücum edən şəxs barəsində ölüm hökmü qəbul edilib. 

News24.az xəbər verir ki, bu barədə İran Ədliyyə Qurumunun sözçüsü Əsgər Cahangir deyib. 

Qərar ölkənin Ali Məhkəməsi tərəfindən təsdiq edilib. 

Qeyd olunub ki, Yasin Hüseynzadə adlı şəxs barəsində ölüm hökmü çıxarılıb: "İş ölkənin cinayət hökmlərinin icrasına göndərilib. Qarşı tərəf qisas tələb edən kimi, hökm icra olunacaq".