Azərbaycan-Türkiyə hərbi memorandum imzaladı
Gündəm
Türkiyədə “IDEF 2025” sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli müdafiə Nazirliyi məlumat yayıb.
Görüş çərçivəsində tərəflər “Qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə dair Anlaşma Memorandumu”nu imzalayıblar.