Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı Gündəm

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq bu addım atılıb.

Beləliklə, 31 Türkiyə vətəndaşı Azərbaycan qanunvericiliyinə uyğun olaraq "arzuolunmaz şəxslər" elan edilib və onların ölkə ərazisinə girişinə qadağa qoyulub:

Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri

Cem Özyurt – Bloger

Akın Duru – TV8 və Acunmedya əməkdaşı

Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri

Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı

Muhammed Emin Yıldırım – "Köklü Değişim" jurnalının və media qrupunun İstanbul təmsilçisi

Cüneyt Sezer – Bloger, sosioloq, publisist və siyasi analitik

Serhat Koyuncu – İctimai xadim

Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı

Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq

Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025)

Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri

Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini

Aydın Binboğa – İqtisadçı, siyasətçi

Hakkı Eren – "Köklü Değişim" jurnalisti

Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri

Mehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-Hatibi

Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi

Mert Armağan – Jurnalist

Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist

Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı

Yusuf Kaplan – Yazıçı, jurnalist

Erdinc Teğmen – Erte Medya"nın sahibi

Ahmet Çakar – İdman şərhçisi, keçmiş futbol hakimi

Halil Atakan Ay – İlahiyyatçı

İsmail Kılıçarslan – TV NET, "Yeni Şafak" qəzeti

Murat Şahin – Akıt TV-də proqram aparıcısı

İrfan Kaya Ülger – Akıt TV-də proqram aparıcısı

Fatin Dağistanlı – Akıt TV-də proqram aparıcısı

Ömer Ulutaş – Toprak Partiyasının sədri

Ömer Faruk Gergerlioğlu – Millət vəkili

Vurğulanıb ki, Azərbaycana qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.