Gürcüstandan Azərbaycan vətəndaşları deportasiya edildilər
Gündəm
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində həyata keçirdikləri tədbirlər nəticəsində son günlər ərzində 126 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.
News24.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Rusiya, Özbəkistan, Vyetnam, Nigeriya, İordaniya, Burundi, Sudan, Çin, Əfqanıstan, Azərbaycan, Misir, Livan, Moldova, Filippin və digər ölkələrin ümumilikdə 126 vətəndaşı ölkədən çıxarılıb. / InterPress.ge/