Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
Gündəm
Gürcüstan DİN-in Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində ölkədən 96 xarici ölkə vətəndaşını deportasiya ediblər.
News24.az xəbər verir ki, bu barədə nazirlik “Facebook” hesabında məlumat yayıb.
Bildirilib ki, kompleks tədbirlər nəticəsində Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, Nigeriya, Belarus, Kuba, Kot-d'İvuar, Madaqaskar, Albaniya, Özbəkistan, Livan, Mərakeş, İordaniya, Tailand və digər ölkələrin ümumilikdə 96 vətəndaşı ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.