Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi Gündəm

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 113 əcnəbi vətəndaşı ölkədən deportasiya edib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Gürcüstandan Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, Qazaxıstan, Keniya, Çin, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan, Efiopiya və digər ölkələrin vətəndaşları deportasiya olunub.

Deportasiya edilən şəxslərə Gürcüstana giriş qadağan edilib.

Son vaxtlar Gürcüstanda qanunsuz miqrantlara qarşı mübarizə gücləndirilib.

Parlament miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya və miqrantların yoxlanılması prosedurlarını sadələşdirib.

Gürcüstan Daxili İşlər Nazirliyi hər ay onlarla əcnəbinin ölkədən çıxarıldığını açıqlayır.