Azərbaycan XİN Avstriyanı təbrik etdi

Azərbaycan XİN Avstriyanı təbrik etdi Gündəm

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyanın milli bayramı münasibətilə bu ölkəni təbrik edib.

News24.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin "X" hesabında paylaşım edilib.

"Avstriya Respublikasının Milli Günü münasibətilə bu ölkənin hökumətinə və xalqına ən səmimi arzularımızı və isti təbriklərimizi çatdırırıq.

Milli Günün mübarək, Avstriya!" - paylaşımda vurğulanıb.