Azərbaycan XİN Rusiyanı təbrik etdi

Azərbaycan XİN Rusiyanı təbrik etdi Gündəm

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Günü münasibətilə həmin ölkəni təbrik edib. 

News24.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Rusiya Federasiyasının hökumətini və xalqını Rusiya Günü münasibətilə səmimi qəlbdən təbrik edirik”, - deyə paylaşımda qeyd olunub.