Azərbaycanda 50-dən çox insan ürək transplantasiyası gözləyir
Gündəm
Azərbaycanda 50-dən çox şəxs ürək transplantasiyası əməliyyatı üçün gözləyir.
News24.az xəbər verir ki, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Ürək Transplantasiyası Həftəsi çərçivəsində Səhiyyə Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda deyib.
Onun sözlərinə görə, ürək transplantasiyası yalnız beyin ölümü qeydə alınmış şəxslərdən həyata keçirilə bilər.