Məscidlərdə bayram namazı qılındı - Yeniləndi-Foto
Gündəm
Qurban bayramı ilə əlaqədar məscidlərdə bayram namazı qılınır.
News24.az xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Qeyd edək ki, Təzəpir məscidində isə bayram namazı 09:00-da qılınacaq.
Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı mayın 27-28-də qeyd olunur.
Təzəpir məscidində Qurban bayramı namazı qılınıb.
News24.az xəbər verir ki, bayram namazı 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb.
İbadətdə din xadimləri, Azərbaycanda yaşayan əcnəbilər və yerli sakinlər iştirak ediblər.