Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI Gündəm

“Bolt” şirkəti 2026-cı ildə yanacaq qiymətlərində baş verən artımla bağlı tarifləri artırıb.

News24.az xəbər verir ki, bu barədə sürücülərə bildiriş göndərilib.

Məlumata görə, yanacaq xərclərinin yüksəlməsi fonunda əsas bölgələrdə bütün kateqoriyalar üzrə tariflər 10 faizə qədər artırılıb.

Qeyd edək ki, 2026-ci ilin yanvar ayından etibarən benzin 5 qəpik, dizel yanacağı isə 10 qəpik bahalaşıb.(operativmedia)