Azərbaycanda deputatların sayı artırıla bilər

Azərbaycanda deputatların sayı artırıla bilər Gündəm

"Ola bilər ki, deputatlar müəyyən sayda artırılsın. Bilirsiz ki, əhalinin sayı artıb. Bizim deputatların sayı Ermənistan və Gürcüstandan azdır. Əhalimiz isə onlardan qat-qat çoxdur".

News24.az xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

"Əvvəllər bir deputata təxminən 35 min seçici düşürdüsə, indi bu say 45-50 mindir. Bununla əlaqədar məsələyə baxıla bilər. Amma bununla bağlı hələki qərar yoxdur", - deyə deputat bildirib.(unikal)