Azərbaycanda ondan ölənlərin sayı kəskin artıb - Bu nə xəstəlikdir belə?

Azərbaycanda ondan ölənlərin sayı kəskin artıb - Bu nə xəstəlikdir belə? Gündəm

Son 6 ildə Azərbaycanda sinir sistemi xəstəliklərindən ölənlərin sayında ciddi artım müşahidə olunur.

News24.az xəbər verir ki, rəsmi statistikaya əsasən, 2020-ci ildə bu xəstəliklərdən 740 nəfər vəfat edib.

Bir il sonra isə bu rəqəm 2520-yə yüksəlib. Növbəti illərdə də göstərici yüksək səviyyədə qalıb: 2022-ci ildə – 2455 nəfər, 2023-cü ildə – 2146 nəfər, 2024-cü ildə – 2286 nəfər. pizza hut

Sinir sistemi xəstəliklərinin yaranması həm daxili, həm də xarici faktorların kompleks təsirindən asılıdır. Genetik meyllilik və yaşlanma prosesi neyronların degenerasiyasına yol açaraq Alzheimer və Parkinson kimi xəstəliklərin riskini artırır.

Fiziki zədələr, baş və onurğa beyni travmaları sinir liflərini birbaşa zədələyərək funksional pozulmalara səbəb olur. Meningit və ensefalit kimi infeksiyalar, eləcə də immun sisteminin öz hüceyrələrinə hücum etdiyi autoimmun proseslər də sinir sistemində ciddi iltihabi fəsadlar törədir.

Digər tərəfindən, yüksək qan təzyiqi və şəkərli diabet kimi damar problemləri beyin qan dövranını pozaraq insulta zəmin yaradır. Nəhayət, xroniki stress, zərərli vərdişlər, yuxusuzluq və ekoloji toksinlər də sinir hüceyrələrini zəhərləyərək ümumi patologiyaların inkişafını sürətləndirir.//yenisabah.az