Azərbaycanda ötən il uşaqlara ən çox bu adlar verildi

Azərbaycanda ötən il uşaqlara ən çox bu adlar verildi Gündəm

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

News24.az-ın əldə etdiyi məlumata görə, 2025-ci ildə oğlan uşaqlarına ən çox verilən ad Uğur olub. Bu ad il ərzində 1721

uşağa qoyulub.

Bundan əlavə, doğumu qeydə alınmış oğlanlardan 1301-nə Raul, 1151-nə Əli, 1164-nə Hüseyn, 1100-na Yusif adı verilib. Qız uşaqları arasında isə Melisa adı birinci olub. Ötən il ərzində bu ad 1200 uşağa verilib.

Bundan əlavə, yeni doğulmuş qızlardan 1129-na Zeynəb, 1127-nə Məryəm, 1112-nə Nilay, 1095-nə isə Aylin adı qoyulub.