Azərbaycanda ana böyrəyini oğluna bağışladı
Gündəm
Azərbaycanda növbəti uğurlu böyrək transplantasiyası həyata keçirilib.
News24.az xəbər verir ki, bu barədə cərrah-uroloq və transplantoloq Rəşad Şolan sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, ana oğlunun sağlamlığı üçün ona böyrəyini bağışlayıb. Uğurla icra olunan transplantasiya əməliyyatından sonra köçürülən böyrək fəaliyyətə başlayıb və pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
"Bir sevginin, istəyin düsturu fədakarlıqdır. Sadəcə, sözdə deyil, əməldə də göstərdi ana öz sevgisini. Bu düstur bütün istəklər üçün keçərlidir", - deyə doktor qeyd edib.