Azərbaycanəsilli məmur Kiyevə rəhbər təyin edildi
Gündəm
Ukrayna hökuməti Timur Tkaçenkonun Kiyev Regional Dövlət Administrasiyasının sədri vəzifəsinə namizədliyini təsdiqləyib.
News24.az xəbər verir ki, qərar Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri postundan ayrılmasından sonra qəbul edilib. Yeni təyinat qüvvəyə mindikdən sonra Tkaçenko bu vəzifədə indiyədək çalışan Nikolay Kalaşniki əvəz edəcək.
1989-cu il avqustun 18-də Kiyevdə anadan olan Timur Tkaçenko 2024-cü il dekabrın 31-dən Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edib.
Qeyd edək ki, Tkaçenkonun atası, əslən Azərbaycanın Şəmkir rayonundan olan və 2023-cü ildə vəfat edən Firudin Məmmədov Ukraynadakı Azərbaycan diasporunun tanınmış fəallarından biri kimi fəaliyyət göstərib.