Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadılıb
Gündəm
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) sədrliyi daha iki il uzadılıb.
News24.az xəbər verir ki, Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib:
"Azərbaycanın AQEM-ə sədrliyi daha 2 il müddətinə təklifinə dəstək verdiklərinə görə üzv dövlətlərə təşəkkür edirəm".