Azərbaycanın çövkən millisinin finaldakı rəqibi bəlli oldu

Azərbaycanın çövkən millisinin finaldakı rəqibi bəlli oldu Gündəm

III MDB Oyunlarında Azərbaycanın çövkən millisinin finaldakı rəqibi bəlli olub.

News24.az xəbər verir ki, yarımfinalda Qığızıstan Özbəkistanla üz-üzə gəlib.

Şəki şəhər stadionunda baş tutan görüşün əsas və əlavə olunmuş vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qalib isə penalti zərbələri nəticəsində bəlli olub.

Penalti seriyasında daha dəqiq olan Özbəkistan yığması Qırğızıstanı 2:1hesabı ilə məğlub edərək finala yüksəlib.

Beləliklə, Özbəkistan yığması Azərbaycan millisi ilə finalda qarşılaşacaq.