Azərbaycanın İsveçdəki səfiri dəyişdi

Azərbaycanın İsveçdəki səfiri dəyişdi Gündəm

Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, E.Sultanov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.