Azərbaycanın Malayziya və Pakistandakı səfirləri dəyişdi

Azərbaycanın Malayziya və Pakistandakı səfirləri dəyişdi Gündəm

İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Xəzər Nadir oğlu Fərhadov isə Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamları ilə İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.