"Azərbaycandan çox şey öyrənirik" - Fələstinli Nazir
Gündəm
"Azərbaycanla çox gözəl və dostluq münasibətlərimiz var. Bu cür vacib tədbirin bir hissəsi olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik. Azərbaycanla olan əlaqələrimizi daha da gücləndirmək niyyətindəyik".
Bu sözləri News24.az-a açıqlamasında Fələstin Dövlətinin Yerli Özünüidarəetmə naziri Sami Hijjavi deyib:
"Biz Azərbaycandan çox şey öyrənirik və bu əməkdaşlığı yüksək qiymətləndiririk. Azərbaycanlılar isə bizə qarşı son dərəcə istiqanlı və qonaqpərvərdirlər".
Xanım Cavanşirqızı