“Azərbaycan WUF13-də uğurlu tarix yazdı”
Gündəm
"Mən bu gözəl ölkədə, bu şəhərdə olmaqdan çox məmnunam. Burada çox gözəl insanlar və zəngin mədəniyyət mövcuddur".
Bu sözləri News24.az-a WUF13-ə Səudiyyə Ərəbistandan qatılan qonaq Hasan Alattas deyib.
Onun sözlərinə görə, Azərbaycan bu forumda həqiqətən də uğurlu bir tarix yazıb və yüksək səviyyəli təşkilatçılıq nümayiş etdirib: "Mən dəfələrlə Azərbaycanda olmuşam və burada görüləcək işlərimiz hələ çoxdur və əməkdaşlığımızın daha da genişlənəcəyinə inanıram".
Həmçinin saytımıza fikirlərini bildirən WUF13 -ə Yaponiyadan qatılan qonaq Yuto Amada bildirib ki, Azərbaycana ilk dəfədir gəlir: "Azərbaycan çox gözəl ölkədir. İnsanları son dərəcə qayğıkeş və qonaqpərvərdir. Burada zəngin mədəniyyət, gözəl ənənələr və çox dadlı yeməklər var. Biz bunları çox bəyənirik və yüksək qiymətləndiririk".
Xanım Cavanşirqızı