Azərbaycanlı tanınmış müğənni azadlığa buraxıldı

Azərbaycanlı tanınmış müğənni azadlığa buraxıldı Gündəm

Azərbaycanda tanınmış müğənni Elmir Qəhrəmanov azadlığa buraxılıb.

News24.az bildirir ki, müğənni cəzasının bitməsinə 6 ay qalmış amnistiyaya düşərək, cəzadan azad olunub.

Xatırladaq ki, Elmir Qəhrəmanov 2025-ci ilin fevralında Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən (qanunsuz olaraq narkotik vasitələri əldə etmə əməlinə görə) saxlanılmışdı. O, məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında ötən ilin sonundan icra edilən amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Bu prosesin icra müddətinin 4 ayı əhatə edəcəyi bildirilir.//Titul.az

Azərbaycanlı tanınmış müğənni azadlığa buraxıldı