Səfir: “Azərbaycan–İsrail dostluğu daim möhkəm olacaq”

Səfir: “Azərbaycan–İsrail dostluğu daim möhkəm olacaq” Gündəm

"Azərbaycan və İsrail xalqları arasında dostluq və qardaşlıq münasibətləri daim möhkəm olacaq".

News24.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrikində bildirib.

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizə daim birlik, rifah və əmin-amanlıq arzulayıram”, - deyə səfir vurğulayıb.