"Babala TV"nin təsisçisi Oğuzhan Uğur SAXLANILDI
Gündəm
Türkiyədə "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində "Babala TV"nin təsisçisi Oğuzhan Uğur da daxil olmaqla 7 nəfər saxlanılıb.
News24.az-ın məlumatına görə, İstanbul Baş Prokurorluğu hazırda həbsdə olan "Ahbap" Dərnəyinin təsisçisi ilə bağlı istintaq çərçivəsində üçüncü əməliyyat dalğasını həyata keçirib.
İstintaq çərçivəsində Haluk Levent, qardaşı Berkant Acil və digər şəxslər də daxil olmaqla ümumilikdə 18 nəfər həbs olunub. Bundan əlavə, Oğuzhan Uğur da daxil olmaqla 9 nəfər barəsində həbs qərarı verilib.
Qeyd edək ki, Oğuzhan Uğur 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra "Ahbap" Dərnəyi ilə əməkdaşlıq etdiyini açıqlamışdı.