Bakalavr təhsili üzrə ixtisasların sayı artırıldı

Bakalavr təhsili üzrə ixtisasların sayı artırıldı Gündəm

"Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı"na yeni məzmunda 6.46-cı bənd əlavə edilib.

News24.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərara əsasən, Bakalavriat səviyyəsi üzrə ixtisasların sırasına "Daşınmaz əmlakın idarə olunması" da əlavə edilib.