Bakı metrosunda FACİƏ: - Maşinist sükan arxasında öldü - YENİLƏNİB

Bakı metrosunda FACİƏ: - Maşinist sükan arxasında öldü - YENİLƏNİB Gündəm
“Bakı Metropoliteni” QSC maşinistin qatar idarə edərkən ölməsilə bağlı məlumat yayıb.

News24.az-a daxil olan məlumata görə, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib: "Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".

***
09.08
Bakı metrosunda maşinist qatar idarə edərkən ölüb.

News24.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.