Bakı metrosunda iki yeni elektrik yarımstansiyası tikiləcək

Bakı metrosunda iki yeni elektrik yarımstansiyası tikiləcək Gündəm

Xətlərin ayrılması ilə əlaqədar qatarların elektrik enerjisinə olan tələbatının ödənilməsi məqsədilə Bakı metrosunda iki yeni elektrik yarımstansiyasının inşası nəzərdə tutulur.

Bunu News24.az-a açıqlamasında Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, yarımstansiyaların tikintisinə bu il başlanacaq. Onun sözlərinə görə, yeni elektrik yarımstansiyaları “Nizami” stansiyasının, eləcə də “28 May” – “Cəfər Cabbarlı” stansiyaları ətrafında inşa ediləcək. Xətlərin ayrılması layihəsinin icrası müddətində yarımstansiyaların tikintisi tam başa çatdırılacaq.

Bəxtiyar Məmmədov sistemin təhlükəsizliyi məsələsinə də toxunaraq qeyd edib ki, NFC ödənişlərində vəsaitin hesabdan çıxılmasında müşahidə olunan müəyyən gecikmələr təhlükəsizlik tələblərinin xüsusiyyətləri ilə bağlıdır və bu hal sərnişinlərin hüquqlarının pozulmasına səbəb olmur. Onun sözlərinə görə, hər hansı şübhə və ya anlaşılmazlıq yarandığı təqdirdə, ödəniş xidmətini həyata keçirən qurum tərəfindən məsələ dərhal araşdırılır.