Bakı–Qazax yolunda sıxlıq aradan qaldırıldı

Bakı–Qazax yolunda sıxlıq aradan qaldırıldı Gündəm

Bakı–Qazax yolunda sıxlıq aradan qaldırılıb, tədbirlər davam edir.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı–Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar olaraq yaranmış nəqliyyat sıxlığı, əraziyə cəlb edilən Dövlət Yol Polisi və Post-Patrul Xidməti əməkdaşlarının fasiləsiz xidməti nəticəsində aradan qaldırılıb.

Hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir.

Sürücülərdən xahiş olunur ki, yol hərəkəti hərəkəti qaydalarına əməl etsinlər və əks istiqamətli hərəkət zolağına çıxmasınlar.